Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev İƏD üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev İƏD üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirib.
Konfransda çıxış edən rayon rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs səfərbər olmalıdır.
Eyni zamanda bildirilib ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar keçirilən vaksinasiya prosesi arxayınlıq yaratmamalı, mütəmadi şəkildə reydlər keçirilməli, təbliğat işləri aparılmalı, həmçinin digər tədbirlər mütəmadi monitorinq olunmalıdır.
Rayon rəhbəri daha sonra vətəndaşlar ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək barədə göstərişlər verib.