Rayon ərazisində quş xəstəliklərinin baş vermə riskinin idarə olunması və bu işlərin keyfiyyətli təşkili məqsədilə təbliğat işlərinin aparılması üçün işçi qrup yaradılmışdır.
02 mart 2021 | 16:00
Rayon ərazisində quş xəstəliklərinin baş vermə riskinin idarə olunması üçün baytarlıq-sanitariya nəzarətinin gücləndirilməsi məqsədilə hüquq mühafizə orqanlarının və aidiyyatı dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə rayon ərazisində epizootik vəziyyət müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilərək aidiyyatı orqanlara müvafiq tapşırıqlar verilmişdir. Bu işlərin keyfiyyətli təşkili məqsədilə təbliğat işlərinin aparılması üçün işçi qrup yaradılmışdır.