Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib
12 fevral 2021 | 16:00
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev 12.02.2021-ci il tarixində vətəndaşları onlayn formatda qəbul edib.
Videoqəbul zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev rayon sakinlərinin müraciətlərini dinləmiş, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin yerindəcə həll edilməsi barədə göstərişlər vermiş, digər məsələlər isə aidiyyatı orqanalara çatdırılması üçün qeydiyyata götürülmüşdür.