Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Gədəbəy rayonunda uğurla həyata keçirilmişdir
02 may 2014 | 15:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Gədəbəy rayonunda uğurla həyata keçirilmişdir. Fevralın 17-dən mayın 1-dək keçirilən kampaniya rayon əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır. Kampaniyanın həyata keçirilməsi ilə bağlı rayonda 3 həkim briqadası yaradılmış və dövr ərzində 61402 nəfər sakin tibbi müayinədən keçmişdir. Onlardan 8064 nəfər ambulator, 121 nəfər stasionar müalicəyə qəbul olunmuş, 63 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.