Məktəbəqədər təhsil müəsissələrinin fəaliyyətə başlaması ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən uşaq bağçası-körpələr evinin rəhbərləri ilə görüş keçirilmişdir.
Məktəbəqədər təhsil müəsissələrinin fəaliyyətə başlaması ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən uşaq bağçası-körpələr evinin rəhbərləri ilə görüş keçirilmişdir.Tədbirdə bağçaların fəaliyyətə başlaması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun şəraitin yaradılması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması və işçi heyətin COVİD-19 infeksiyasına qarşı müvafiq analizlərdən keçirilməsinin vacibliyi bildirilmişdir. Tədbirdə həmçinin tədrisdə keyfiyyətin artırılması, bağçaların qızdırılması, uşaqların sağlam və keyfiyyətli qidalanmasının təşkil olunması ilə bağlı cari məsələlərə baxılmış, bu istiqamətdə müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.