Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı bu gün şəhid atasını qəbul etmişdir.

08 fevral 2021 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür.

Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bugün şəhid Rzayev Hüseyn Aslan oğlunun atası Cəfərov Aslan Eyvaz oğlunu  Novosaratovka kənd İƏD üzrə nümayəndəliyində qəbul etmişdir. Şəhid atasının qəbul tələbi Novosaratovka kənd tam orta məktəbinə şəhid Rzayev Hüseyn Aslan oğlunun adına verilməsi ilə bağlı olmuşdur.

Qəbulda şəhid atasının müraciəti dinlənilmiş və qanunamüvafiq olaraq izah verilmişdir.

Müharibədə qəhrəmanlıq göstərən şəhid Hüseyn Rzayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Keçidlər