Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi

29 aprel 2014 | 15:00

Akademik Z.Əliyeva  adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında görkəmli oftalmoloq-alim,  akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş  dəyirmi masa keçirildi. Tədbirdə Gədəbəy RİH Başçısı Ramiz Yediyarov çıxış edərək, Zərifə Əliyevanın həyat, pedaqoji fəaliyyətindən və tibb elminə verdiyi dəyərli töhfələrdən danışdı. Digər çıxış edənlər görkəmli alimin  həm də qayğıkeş insan, millətinə, vətəninə, ailəsinə bağlı bir ziyalı olduğunu qeyd etdilər.

Keçidlər