Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun turizm potensialının təbliği məqsədilə yaradılmış internet saytı istifadəyə verildi.

04 fevral 2021 | 16:00

Gədəbəy rayonu misilsiz turizm potensialına malik olmaqla rayon ərazisində 500-dən çox tarixi abidələr, qala və qalaçalar var. Onlardan 106-ı qeydiyyata alınmaqla dünya əhəmiyyətli 1 arxeoloji abidə Söyüdlü kəndində yerləşən Böyük Qalaça (eramızdan əvvəl II-I minilliyə aidtunc-ilk dəmir dövrü), Qız Qalası (IX əsr ölkə əhəmiyyətli memarlıq abidəsi), Mahrasa kompleksi (atəşpərəstlik dövrünün memarlıq nümunələri), Koroğlu qalası (XVl əsr ölkə əhəmiyyətli memarlıq abidəsi), Simens körpüsü(XlX əsrin 60-cı illərinə aid tikili), Böyük Qaramurad kəndi ərazisində yerli əhəmiyyətli Alban tarixi memarlıq abidəsi(1634-cü il), Novosaratovka kəndində yerləşən yerli əhəmiyyətli Alban tarixi memarlıq abidəsi(1535-ci il)  mövcuddur.
Rayonun turizm potensialı əvəzsiz imkanlara malikdir. Belə ki, 26 adda mineral suların, 100-dən çox adda təbii müalicəvi bitkilərin, sıx meşə massivlərinin olması rayonun füsunkar turizm imkanlarının əyani nümunələridir.
Ölkəmizin qərb bölgəsində Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Gədəbəy əsrarəngiz təbiəti ilə məşhurdur. Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.
Rayonun turizm potensialını, o cümlədən tarix və mədəniyyət abidələrinin təbliği məqsədilə yaradılmış http://visitgadabay.az/ internet saytı istifadəyə verildi. Sayt vasitəsi ilə rayonda fəaliyyət göstərən istirahət mərkəzləri, rayonun milli yeməkləri, keçirilmiş tədbirlər, milli adət-ənənələrimiz və gəzməli-görməli yerlər haqqında ətraflı məlumatlar öz əksini tapmaqdadır.

 

Keçidlər