Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Çernobl əlilləri ilə görüş keçirildi

27 aprel 2014 | 15:00

Gədəbəy rayonunda Çernobıl əlilləri ilə keçirilən görüşdə Gədəbəy RİH Başçısının birinci müavini Qüdrət Paşayev çıxış edərək bildirdi ki, SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da bu qəzanın aradan qaldırılmasında 7 mindən çox insan Çernobılda olub. Çernobıl qəzəsınından 28 il ötməsinə baxmayaraq, bir çox iştirakçılar bu gündə əziyyət çəkirlər.
Qüdrət Paşayev çıxışında bildirdi ki, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərə dövlət qayğısı, onların penisya və müavinətlərinin artırılması daim ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir.
Tədbirdə Çernobıl əlillərindən Nazim Abdullayev, Mahal Hacıyev, İlham Məmmədov  çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda, Çernobıl əlillərinə bayram süfrəsi təşkil olundu.

Keçidlər