Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir.

20 yanvar 2021 | 16:00

 Bu gün Gədəbəydə 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. 

Ümumxalq hüzn günündə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

İştirakçılar şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi Gədəbəy rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilmişdir.

 

 

 

Keçidlər