Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonu ərazisində yük daşınmalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə hədlərin tətbiq edilməsi barədə reyd keçirilmişdir.

24 aprel 2014 | 15:00

23 aprel 2014-cü il tarixdə Gədəbəy rayonu ərazisində yük daşınmalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə hədlərin tətbiq edilməsi barədə reyd keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2014-cü il tarixli, 26/42 nömrəli məktubunun icrası ilə əlaqədar Gədəbəy rayonu ərazisində yük daşınmalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə hədlərin tətbiq edilməsinə başlanılmışdır.  
Bununla bağlı, Şəmkir-Gədəbəy avtomagistral yolunun 41-ci km-də, Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 17 mart 2014-cü il tarixli, 50 nömrəli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən müvafiq reyd keçirilmişdir. Reyddə, Gədəbəy rayonu İcra Hakimiyyətinin, Gədəbəy rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 10 saylı regional şöbəsinin mütəxəssisləri iştirak etmişlər.
Yükdaşımalarda olan nöqsanlar və nəqliyyat vasitələrinin ümumi kütləsi barədə müəyyən edilmiş limit pozucuları barəsində inzibati tədbirlər görülmüşdür.

Keçidlər