Gədəbəy rayonunda şura iclasi keçirildi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən “Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Aparatında, Dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında aparılmış araşdırmanın nəticəsinə dair tərtib edilmiş arayış”dan irəli gələn vəzifələrin, Gədəbəy rayonunda yerinə yetirilməsi vəziyyəti barədə Şura iclası keçirildi. Şura iclasında rayonun hüquq mühafizə orqanlarının, idarə,müəssisə və təşkilat rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının Şəhər və kənd İƏD üzrə nümayəndələri iştirak edirdilər. İclasda Gədəbəy rayonunun bir sıra idarə və müəssisələrində aparılan monitorinqlər zamanı bu sahədə aşkar olunmuş çatışmazlıqlar barədə geniş müzakirələr aparıldı. Iclasın sonunda həmin təşkilatlara tapşırıq və tövsiyyələr verildi.