2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi
17 aprel 2014-cü il tarixdə Gədəbəy Aşıq musiqi məktəbinin iclas zalında 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidə önünə gül düzdülər.
İclasda Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, hüquq mühafizə orqanlarının,idarə,təşkilat,müəssisə rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən nümayəndələr iştirak edirdilər. İclası giriş sözü ilə RİH başçısı Ramiz Yediyarov açdı. O,çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Sonra Gədəbəy RİH başçısının müavini Musayev Vüsal Kərim oğlu Gədəbəy rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi. Sonra Gədəbəy rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev, Akademik Z.Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev və Gədəbəy qaz istismarı sahəsinin rəisi Məzahir Hüseynov çıxış etdilər.
Tədbir Gədəbəy RİH başçısının yekun nitqi ilə başa çatdı.