Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir

16 aprel 2014 | 15:00

Gədəbəy rayonunda son illər mütəmadi olaraq ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı  yaşıllaşdırma və abadlıq  işləri həyata keçirilir. Bu məqsədlə 15 aprel 2014-cü il tarixdə Gədəbəy  rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir. Rayonun Zəhmətkənd,Slavyanka, Söyüdlü, Arıqdam və digər kəndlərində 1000-dən çox həmişəyaşıl ağac, 4000-dən çox isə meşə ağacları əkilmişdir.
Bununla yanaşı həmin gün rayonun müxtəlif yerlərində keçirilmiş iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. Bu işlərdə rayonun  idarə, müssisə, təşkilat kollektivləri, gənclər və Gədəbəy RİH başçısı aparatının məsul işçiləri fəallıq nümayiş etdirmişlər.
Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov iştirak etmişdir.

Keçidlər