Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir.

06 aprel 2014 | 15:00

2014-cü il aprelin 5-də Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir. İclasda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq respublikada həyata keçirilən əhalinin tibbi müayinəsi kampaniyasının rayonda icra vəziyyəti haqqında” məsələ müzakirə edilmişdir.
  Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov  ölkəmizdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən zəruri tədbirlərdən, respublikada fevralın 17-dən başlamış əhalinin tibbi müayinədən keçirilməsi aksiyasının əhəmiyyətini qeyd etdi, kampaniya çərçivəsində görülən işləri diqqətə çatdırdı, bu tədbirin əhalinin sağlamlığının etibarlı şəkildə qorunması və xəstəliklərin erkən aşkar edilməsi baxımından çox vacib olduğunu qeyd etdi.Çatışmamazlıqlarla bağlı müvafiq idarə, təşkilat və müəssisələrin rəhbərlərinə konkret tapşırıqlar verdi.
İclasda   Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanası-nın baş həkimi    çıxış edərək bildirdi ki  , səhiyyə sahəsində tədbirlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq 2014-cü il fevralın 17-dən respublikamızda əhalinin kütləvi tibbi müayinəsi kampaniyasına başlanılmışdır. Vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verilmiş bu tapşırıq xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. 
Cənab Prezidentin tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyətində geniş müşavirə keçirilmiş, aidiyyəti vəzifəli şəxslər, habelə tibb işçiləri qarşısında mühüm vəzifələr qoyulmuşdur. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi, habelə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri üzrə qrafik tərtib olunmuşdur. Tibbi müayinələr nəticəsində hər hansı xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
Tibbi profilaktik müayinələrin aparılması üçün rayon mərkəzi xəstəxanasında müvafiq əmrlə uç   həkim briqadası yaradılmışdır.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinin çıxışları dinlənilmişdir.

Keçidlər