Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar.

28 sentyabr 2020 | 16:00

APA-nın məlumatına görə, bəyanatda deyilir: “Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutulması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var.
Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır.
Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir.
Ermənistan hökuməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyildir. Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemioloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
Ermənistan Baş nazirinin militarist bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları müzakirələrin önünü kəsən amillərdir.
Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır.
Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və  bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır.
2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur.
Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyası olan ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti qarşısında səssiz qalmamalı, dərhal siyasi və hüquqi tədbirlər görməlidir.
Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!
Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq.
1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
3. Ana Vətən Partiyası – Fəzail Ağamalı
4. Böyük Quruluş Partiyası – Fazil Mustafa
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
7. Vəhdət Partiyası – Tahir Kərimli
8. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
9. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
10. Milli Cəbhə Partiyası – Razi Nurullayev
11. ReAL Partiyası – İlqar Məmmədov
12. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
15. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn
16. Ədalət Partiyası – İlyas İsmayılov
17. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
18. Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər
19. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan
20. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
21. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
22. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
23. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
24. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
25. Böyük Azərbaycan Partiyası – Elşad Musayev
26. Milli Vəhdət Partiyası – Yunus Oğuz
27. AĞ Partiya – Tural Abbaslı
28. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
29. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
30. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
31. Azadlıq Partiyası – Əhməd Orucov
32. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
33. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
34. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
35. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov
36. Yeni Zaman Partiyası – Musa Ağayev
37. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev
38. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
39. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov
40. Milli Konqres Partiyası – İxtiyar Şirinov
41. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
42. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
45. Birlik Partiyası – Xudadat Xudiyev
46. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
47. Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov
48. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
49. Qorqud Partiyası – Firudin Kərimov
50. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev.

Keçidlər