8 Noyabr – Zəfər Günü ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən rayonumuzda yaşayan şəhid ailələri və müharibə iştirakçıları ziyarət olunub
06 noyabr 2026 | 19:01
8 Noyabr – Zəfər Günü ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən rayonumuzda yaşayan şəhid ailələri və müharibə iştirakçıları ziyarət olunub.
Görüşlər zamanı qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yollarından bəhs edilib, onların göstərdiyi şücaət və fədakarlıq bir daha ehtiramla yad olunub. Dövlətimizin hər zaman şəhid ailələrinin və qazilərimizin yanında olduğu, onların sosial qayğılarının diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, qazilərimizə və müharibə iştirakçılarına möhkəm cansağlığı arzulayırıq!






