Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilib.
28 avqust 2020 | 16:00
28 avqust 2020-ci il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti videoqəbulu keçirilib.
Videoqəbul zamanı vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, virtual qəbulda qaldırılan məsələlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
Qəbulda rayon sakinləri belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsinin yeni formatda təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.