Gədəbəy şəhər ərazisində asfaltlanma işləri davam etdirilir.
27 avqust 2020 | 16:00
Yol infrastrukturunun yenidən qurulması, vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Gədəbəy şəhərinin 19 prospekt və küçəsinə asfalt döşənməsi işləri davam etdirilir.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda aparılan quruculuq işlərinin Gədəbəydə də geniş miqyas alması sakinlər tərəfindən razılıqla qarşılanır və bu işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər.