Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı münasibəti ilə ümumrayon toplantısı keçirildi.

19 mart 2014 | 16:00

18 mart 2014-cü il tarixdə  Gədəbəy rayonunda  Heydər Əliyev adına mərkəzi parkın önündə Novruz Bayramı münasibəti ilə ümumrayon toplantısı keçirildi. Toplantıda Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov Novruz Bayramı və Novruz ənənələri ilə bağlı ətraflı çıxış etdi. O, eyni zamanda bayram günündə ölkəmizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verərək tədbir iştirakçılarının Novruz Bayramını təbrik etdi. Tədbirdə kosa-kosa oyunu, at çapması yarışı və idmançıların göstərdiyi nömrələr maraqla izlənildi. Bununla yanaşı, tədbirdə rayonda fəaliyyət göstərən müəssisələrin, kənd təsərrüfatı məhsullarının və rayonun  adət ənənələrini əks etdirən geniş sərgiyə də baxış keçirildi.
Tədbirin ikinci hissəsində xalqımızın qədim bayramı olan Novruz adətlərindən bəhs olundu, şeirlər səsləndi, tonqal qalandı, həmçinin geniş konsert proqramı nümayiş olundu.
Bayramınız mübarək!!!

Keçidlər