Gədəbəy rayonunda qanvermə aksiyası keçirilib
21 iyul 2020 | 16:00
21.07.2020-ci il tarixdə talasemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə B.Eyvazov adına Hematologiya Transfuziologiya İnsitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının nümayəndələrinin iştirakı ilə Gədəbəy rayonunda qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada ümumilikdə 121 nəfər qan vermişdir.