Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirildi

09 mart 2014 | 16:00

08 mart Beynəlxalq  Qadınlar günü münasibəti ilə Gədəbəy rayonu “Eldorado” istirahət mərkəzində tədbir keçirildi. 8 mart Novruzdan əvvəl ölkəmizdə qeyd olunan yaz bayramıdır. Bu bayram respublikamızın bütün bölgələrində  olduğu  kimi Gədəbəy rayonunda  da  yüksək səviyyədə  qeyd olundu. Tədbirdə Rayon İcra hakimiyyətinin Başçısı, rayonun ictimai fəal qadınları, hüquq mühafizə orqanlarının nümayəndələri də iştirak etdilər.Beynəlxalq Qadınlar gününə həsr edilmiş bayram tədbirini  giriş  sözü ilə açan   Rayon İcra hakimiyyətinin Başçısı Ramiz Yediyarov  8 mart bayramı  münasibəti ilə bütün  qadınları təbrik edərək  Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında, inkişafında və qorunmasında qadınlarımızın müstəsna rolundan danışdı. Qeyd olundu ki, dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qadın problemləri daim diqqət mərkəzində saxlanılıb və bu sahədə ardıcıl tədbirlər həyata keçirilib. Diqqətə çatdırıldı  ki, ulu öndərin ənənələrinə sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qadınlara xususi diqqət və qayğı göstərərək, onların fədakar əməyinə, dəyərli xidmətlərinə hər zaman yüksək qiymət verir. İctimai-siyasi həyatda fəallıqlarını artırmaq, idarəetmə strukturlarında təmsil olunmalarına geniş şərait yaradır. Xüsusi olaraq vurğulandı  ki, xalqımızın zəngin, dərin köklərə malik mədəniyyətinin təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadınlarımız tərəfindən örnək kimi qəbul edilir. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına fəxri fərman və  qiymətli  hədiyyələr  təqdim olundu.

Keçidlər