Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev təmas xəttində yerləşən kəndlərin ağsaqqaları ilə görüşmüşdür

16 iyul 2020 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev təmas xəttində yerləşən kəndlərin ağsaqqaları ilə görüşmüşdür. Görüşdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləridə iştirak etmişdir

Gədəbəy RİH başçısı qeyd etmişdir ki  sərhəd bölgəsində yaşayan sakinlər  daima diqqətimizdədir və  düşmənlə birbaşa təmasda olan kəndlərmizdə mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur.

Ölkə başçısı cənab İlham Əliyevin  sərhəddə yaşayan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan rayon rəhbəri bu amilin Gədəbydə də  icra olunduğunu bildirib.  
Kənd ağsaqqalları ilə səmimi söhbət edən icra başçısı iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək cəhdinin qarşısının uğurlu əməliyyat nəticəsində müvəffəqiyyətlə alındığını da bildirib. Azərbaycanın igid, mərd oğullarının düşmənə layiqli cavabını verməklə bu xalqın hər zaman vətənpərvər olduğunu bir daha nümayiş etdirdiklərini qeyd edib. Rayon rəhbəri Tovuzda Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərin hər birimizin əzizi olduğunu bir daha diqqətə çatdırıb. Qəhrəmancasına şəhid olan bütün Vətən oğullarına Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.
Rayon rəhbəri bu gün Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrinə hazır olan Silahlı Qüvvələrimizin torpaqlarımızı, xüsusilə də sərhədlərimizi layiqincə qoruduğunu, sakinlərin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib və ölkəmizdəki belə həssas bir vaxtda yayılan dezinformasiyalara birmənalı şəkildə inanmamağı bildirib. Həqiqəti əks etdirməyən məlumatların paylaşılmasında, xüsusilə də hərbi texnika və canlı qüvvələrimiz barədə olan məlumatlarda daha diqqətli olmalarını tövsiyə edib. Bu cür məlumatların istər sosial şəbəkələrdə paylaşılmasının, istərsə də telefonda danışılmasının düşmən kəşfiyyatı tərəfindən ölkəmizə qarşı istifadə oluna biləcəyini diqqətə çatdırıb.
 Kənd ağsaqqaları bildiriblər ki, bu gün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən güclü ordumuz varsa, düşməndən heç qorxmuruq. Biz ordumuza arxalanaraq düşmənlə üz-üzə mətin dayanmışıq. İşğalda olan kəndlərimizi, torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın “İrəli” əmrini gözləyən əsgərlərimizin yanında olmağa da hər an hazırıq.
Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri onların qayğıları ilə də maraqlanıb və sərhəddə yaşayan sakinlərin bundan sonra da diqqət mərkəzində olacağını bildirib.

 

 

Keçidlər