Qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə mentorluq proqramı ilə bağlı dəyirmi masa keçirildi
05 mart 2014 | 16:00
04 mart 2014-cü il tarixdə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, “Qadınların Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi ilə birgə qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə mentorluq proqramı ilə bağlı dəyirmi masa keçirildi.