Gədəbəydə vətəndaşların növbəti onlayn qəbulu keçirilib
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iyulun 10-da növbəti onlayn qəbulunu keçirib. Rayon sakinlərinin müraciəti diqqətlə dinlənilib,
Dinlənilmiş bütün vətəndaş müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlər müzakirə zamanı həllini tapıb. Digərlərinin operativ olaraq araşdırılacağı və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəyi vətəndaşların nəzərinə çatdırılıb. Müraciətlərin əsas məzmunu məşğulluq, yol və sair məsələrlə bağlı olub.
Qəbulda rayon sakinləri belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsinin yeni formatda təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.