Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev İƏD nümayəndələri ilə növbəti videokonfrans keçirib.

09 iyul 2020 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev inzibati ərazi dairə üzrə nümayəndələri ilə növbəti videokonfransı keçirib.

Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Gədəbəy rayonu ərazisində karantin rejiminin tələblərinin qüsursuz şəkildə icra edilməsi ilə əlaqədar  inzibati ərazi dairələri üzrə icra nümayəndələrinə ciddi tapşırıqlar verib. Belə ki, bütün yaşayış məntəqələrində sanitar-epidemioloji normalara şərtsiz əməl olunmasını və yerli qurumların əməkdaşlarının iş prosesində zəruri qoruyucu mühafizə vasitələrindən istifadə etmələrini diqqətə çatdırmışdır. RİH başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi tapşırmışdır.

Videokonfransda inzibati ərazi dairələri üzrə icra nümayəndələri rəhbərlik etdikləri ərazilərdə qarşıda duran vəzifələr barədə məlumat verərək koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin mütəmadi olaraq aparıldığını diqqətə çatdırıblar.

RİH başçısı daha sonra yerlərdə əhalini narahat edən digər problemləri ilə maraqlanaraq onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər