Şriftin ölçüsü :

Saytın rəngi :

Fevral ayının 26-da Gədəbəy rayonu mədəniyyət evində Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım tədbiri keçirildi.

27 fevral 2014 | 16:00

Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin  başçısı Ramiz Yediyarov, RİH başçısı Aparatının məsul işçiləri, idarə,müəssisə, təşkilat, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, rayonun fəal gəncləri  iştirak edirdilər.
Tədbir çərçivəsində ilk öncə, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı  dünya tarixində bənzəri olmayan dəhşətli bir cinayətdir. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Həmin gün azğınlaşmış erməni quldur birləşmələri 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə saldılar: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 150 qadını, 70 qocanı bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər.
Bundan əlavə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı məktəblərdə inşa yazı və “Xocalı- məktəblilərin gözündə” rəsm müsabiqələri də keçirilmişdir.
Tədbir zamanı məktəblilərin bu  faciə ilə bağlı rəsmləri, Xocalıya aid kitablar və qəzet materiallarından ibarət sərgi də nümayiş etdirildi.
Anım tədbiri daha sonra  Şuşa Musiqili Dram Teatrının  Xocalı soyqırımına həsr olunmuş “ Ağ qayıq” tamaşası ilə başa çatdı.

Keçidlər