Gədəbəydə xüsusi karantin rejimi dövründə dezinfeksiya və tibbi profilaktika işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Gədəbəy Rayon İcra hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə rayon ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində kompleks tədbirlər davam etdirilir.
Gədəbəy Rayon İcra hakimiyyətinin birbaşa nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən səhər saatlarından şəhərin əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Rayonun digər yaşayış məntəqələrində əhalinin gediş-gəlişinin intensiv olduğu ərazilərdə, park və digər ictimai yerlərdə də dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Eyni zamanda əhali arasında aparılan sosial məsafənin gözlənilməsi, tibbi maskalardan istifadə edilməsi, şəxsi gigiyena qaydalarına əməl edilməsi barədə gündəlik maarifləndirmə və təbliğat işlərinə mobil qruplar cəlb edilməklə təsirli tədbirlər görülür.