Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə yeni turizm məhsulunun hazırlanması ilə bağlı videokonfrans keçirilmişdir.

06 iyul 2020 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev  Azərbaycan Dəmir Yolları, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm bürosunun əməkdaşları ilə birgə Gədəbəy rayonunda Düzyurd kəndindən “Qanlı Körpü” adı ilə tanınmış Simens körpüsünə qədər mövcud olmuş 1.1 km dəmir yolu xəttinin tarixi özünəməxsusluğu gözlənilməklə yenidən qurulması layihəsinin gələcək perspektivləri üzərində müzakirələr aparılmışdır.

Məlumat üçün bildiririk ki, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu xətti çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmış körpülər tarixi abidə kimi qorunmaqdadır.

Müzakirə videokonfrans vasitəsilə həyata keçirilmişdir.

Videokonfransda Azərbaycan Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Müsəllim Əfəndiyev, Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı sektorunun müdiri Şərifə Həsənova, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Tikintiyə nəzarət şöbəsinin rəisi Samir Mamedov,  Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Marketinq idarəsinin rəisi Turqay Şıxlinski, həmin idarənin rəis müavini Samir Hüseynov, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biznesin inkişafı şöbəsinin rəis müavini Fərhad Kərimov və Azərbaycan Dövlət Turizm Agentliyinin Gəncə Destinasiya Menecment Təşkilatının direktoru Zaur Bayramov iştirak etmişdir.

Keçidlər