Gədəbəydə karantin rejiminin vəziyyəti ilə bağlı reyd keçirilib
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra aparatında yaradılmış qərargahın üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar olaraq rayonun müxtəlif ərazilərində olmuşdur.
RİH başçısı rayonun mərkəzində yerləşən ictimai iaşə obyektlərində və ərzaq mağazalarında olub, vətəndaşlarla, satıcılarla söhbət edib, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanıb.
Söhbət zamanı RİH başçısı ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafəinin gözlənilməsinin, vacibliyini bir daha qeyd edib. İcra başçısı tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.
Reyd zamanı həmçinin ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
Keçirilən reyddə RİH başçısının çağırışını rəğbətlə qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını,karantin dövründə həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə göstərilən maddi və mənəvi qayğıya görə minnətdarlıq edib, karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər.
Qeyd edirik ki, belə reydlər rayonda mütəmadi olaraq davam etdiriləcəkdir.