Vətəndaşların növbəti onlayn qəbulu keçirilib
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı iyulun 03-də növbəti onlayn qəbul keçirib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
Məlumat üçün bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bütün dövlət orqanlarında qəbullar dayandırılıb. Cənab Prezident İlham Əliyevin ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamaq və sağlamlıqlarının qorunması istiqamətində tövsiyə və tapşırıqlarına əsasən RİH başçısı tərəfindən vətəndaşlar onlayn qəbul edilir.