Şriftin ölçüsü :

Saytın rəngi :

Çalburun kənd mədəniyyət evində kənd sakinləri ilə görüş keçirilmişdir

21 fevral 2014 | 16:00

20 fevral 2014-cü il tarixdə Gədəbəy RİH Başçısı Ramiz Yediyarov Çalburun kənd mədəniyyət evində kənd  sakinləri ilə görüş keçirmişdir. Tədbirdə rayonun idarə,  müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. RİH Başçısı  Ramiz Yediyarov  çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın, Çalburun kəndinə qaz xəttinin çəkilməsini və əraziyə bankomatın qoyulmasını ölkə başçısının vətəndaşlara göstərdiyi diqqətinin və qayğısının təzahürü olduğunu qeyd etdi. Görüşdə kənd sakinlərinin qaldırdığı digər problemləri ilə maraqlanan və onları dinləyən RİH Başçısı yerindəcə aidiyyatı orqanlara tapşırıqlar verdi. Kənd sakinləri RİH Başçısına kəndlərinə gəldiyinə və onları narahat edən problemlərlə yaxından maraqlandığına görə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər