Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilmişdir

05 iyun 2020 | 16:00

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu həyata keçirilir, onların təklif və müraciətləri dinlənilir. Lakin bu günlərdə dünyanın əksər ölkələrində qeydə alınmış koronavirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı, açıq qəbullar da təxirə salınıb. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu videokonfrans vasitəsilə həyata keçirilir.
İyunun 05-də keçirilən növbəti video qəbul zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev rayon sakinlərinin müraciətlərini dinləmiş,  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin yerindəcə həll edilməsi barədə göstərişlər vermiş, digər məsələlər isə aidiyyatı orqanalara  çatdırılması üçün qeydiyyata götürülmüşdür.

 

Keçidlər