Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların onlayn qəbulu keçirilmişdir

22 may 2020 | 16:00

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu həyata keçirilir, onların təklif və müraciətləri dinlənilir. Lakin bu günlərdə dünyanın əksər ölkələrində qeydə alınmış koronavirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı, açıq qəbullar da təxirə salınıb. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu videokonfrans vasitəsilə həyata keçirilir.
Belə görüşlərdən biri də mayın 22-də  təşkil olunmuşdur. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların problemlərinin, təkliflərinin aidiyyəti üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər verib.
Qəbulda rayon sakinləri belə çətin vaxtda vətəndaşların müraciətlərinin dinlənilməsinin yeni formatda təşkilinə - elektron videoqəbulun tətbiqinə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Keçidlər