Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə rayonda tibbi-profilaktik tədbirlər davam etdirilir
Gədəbəydə koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər uğurla davam etdirilir.
Belə ki, rayonun bütün yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri müəyyən edilmiş tələblərə riayət edilməklə həyata keçirilir. Görülən işlər çərçivəsində küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binaları və məişət tullantıları konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunur.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.