Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı hər birimiz üçün örnəkdir

13 aprel 2020 | 16:00

Dünyada tüğyan edən koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məqsədyönlü işlər görülür. Dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır, dövlətimizin başçısının xalqımıza qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı isə bu gün hər birimiz üçün örnəkdir.

Respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də  “Biz birlikdə güclüyük” devizi altında keçirilən xeyriyyə aksiyasına start verilib. Özündə birliyi, həmrəyliyi, ölkə vətəndaşına sevgini, qayğını əks etdirən bu aksiyaya hər kəs ürəklə qatılıb və öz töhfəsini verməyə çalışır.

Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan ahıl insanların sosial təcridinin gücləndirilməsi, bu yaş qrupuna aid sakinlərin virusa yoluxmadan mühafizəsini təşkil etmək məqsədilə yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz, şəhid, əlil və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.

Bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər