Gədəbəy rayonunda 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirildi.
Gənclər ilk olaraq Gədəbəy RİH Başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ulu Öndər H.Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər və abidə önündə xatirə şəkili çəkdirdilər.
Daha sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi. Tədbiri giriş sözü ilə açan RİH Başçısı Ramiz Yediyarov bu gözəl günün banisi olan Ulu öndərimiz H.Əliyevin böyük və danılmaz təşəbbüsündən gənclərə geniş məlumat verdi. Bildir ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyitində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ ötən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə Azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Heydər əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın uşaqlarından və gənclərindən asılıdır. Dövlətimizin başçısı gənclərlə bağlı siyasətində çoxsaylı yeniliklərin olduğunu açıqlamaqla yanaşı, gəncliyin qarşısında üç mühüm vəzifənin durduğunu qeyd etmişdir: Peşəkarlığı və intellektual səviyyəni artırmaq, torpağa, yurda bağlılıq və ən nəhayət yüksək, insani keyfiyyətlərin formalaşdırılmasıdır. 1997-ci ildən etibarən fevralın 2-si Azərbaycanda Gənclər günü kimi qeyd olunur. İlk dəfə 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I-ci forumu keçirilib. Ümumilli lider, mərhum Prezident Heydər Əliyevin Sərəncamı ilə 1997-ci ildən fevralın 2-si Azərbaycan Gəncləri günü elan olunub. Ramiz Yediyarov çıxışında onu da vurğuladı ki, gənclər Gədəbəy rayonunda da böyük diqqət mərkəzindədir. Buna misal olaraq , bu gün istər dövlət qulluğu sahəsinə, hüquq mühafizə orqanlarına, təhsil, mədəniyyət, səhiyyə və istərsədə digər sahələrə gənc kadırların təyin olunması bunların bariz nümunəsidir. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi də əsas məsələlərdən biri olduğunu qeyd edən RİH Başçısı onu da bildirdi ki, yaxın vaxtlarda gənclər evinin tikilməsi nəzərdə tutulmuşdur. Daha sonra RİH Başçısı gənclərin suallarını və onları narahat edən problemlərə də dinləyərək onlarla səmimi söhbət apardı. Tədbirin sonunda isə rayonun aktiv gəncləri RİH Başçısı tərəfindən Fəxri Fərmanla və digər qiymətli hədiyyələrlə mükafatlandırıldılar.