Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə rayonda dezinfeksiya tədbirləri intensivləşdirilib
Gədəbəy rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.
Rayon ərazisində epidemioloji durum Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış xüsusi Qərargah tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir.
İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında, o cümlədən kənd və qəsəbələrdə gündəlik dezinfeksiya işləri aparılır.
Eyni zamanda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı yaradılmış mobil maarifləndirmə qrupları tərəfindən əhali ilə söhbətlər aparılaraq, fərdi şəkildə izahetmə işləri həyata keçirilir. Proses xüsusi karantin dövrü ərzində müntəzəm olaraq aparılacaqdır.