Gədəbəy rayonunda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir
Xüsusi karantin rejimi şəraitində Gədəbəy rayonu ərazisində gündəlik olaraq təmizlik və dezinfeksiya işləri davam etdirilir. Şəhərin küçələrində, avtomobil yollarında və dayanacaqlarda, səkilərdə, parklarda, sahibkar obyektlərində gündəlik təmizləmə işləri görülür və mütəmadi olaraq dezinfeksiya aparılır.
Rayon ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə, bankomatların yerləşdiyi ərazilərdə, kənd təsərrüfatı məhsullarının satışının təşkil olunduğu yerlərdə sanitar-gigiyena normalarına riayət olunmasına diqqət yetirilir. Əhalinin epidemiyaya yoluxmasının qarşısının alınması üçün ictimai yerlərdə istifadə olunan bütün əşiyalar, qurğular təmizlənir və dezinfeksiya olunur.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.