Gədəbəydə koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir
29 mart 2020 | 16:00
Gədəbəydə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.
Növbəti dezinfeksiya işləri rayonun Novosaratovka kəndində Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən aparılmışdır. Qeyd olunan ərazidə xüsusu dərman pereparatları vasitəsi ilə dezinfeksiya işləri aparılmışdır.
Eyni zamanda sakinlər virusa yoluxma risqinin azaldılması istiqamətində maarifləndirilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarlarına əməl edilməsi tövsiyə olunub.
Rayon ərazisində dezinfeksiya işlər mütəmadi olaraq davam etdiriləcəkdir.