Gədəbəy RİH Başçısının Şəhər İƏD üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
30 yanvar 2014-cü il tarixdə Aşıqlar musiqi məktəbinin iclas zalında Gədəbəy RİH Başçısının Şəhər İƏD üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
Yığıncağda Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər əhalisi iştirak etmişdir.
İlk öncə Gədəbəy RİH Başçısının Şəhər İƏD üzrə nümayəndəsi Şahbaz Bayramovun hesabat məruzəsi dinlənildi. O, öz çıxışında Gədəbəy rayonunda 2013-cü il ərzində gedən abadlıq-quruculuq işlərinidə xüsusi vurğuladı və qeyd etdi ki, 2009-2013-cü illər Regionların İqtisadi İnkişafı Dövlət proqramı hər yerdə olduğu kimi Gədəbəydə də RİH Başçısı cənab R. Yediyarovun gündəlik nəzarəti altında yüksək səviyyədə həyata keçirilir. Bu gün şəhərdə tikinti -quruculuq və abadlıq işləri rayon əhalisində yüksək əhval ruhiyyə yaradır belə ki, şəhərin X.Haqverdiyev , Nizami ,20 Yanvar küçələrinə asfalt örtüyü salınmışdır. 20 Yanvar küçəsində yendənqurma təmir barpa işləri aparılmış, küçənin hər iki tərəfinə isdinad divarları çəkilmiş, ticarət obyekləri təmir edilərək müasir formaya salınmışdır.
Ulu öndər H.Əliyevin abidəsinin ətrafı mərmər daşla kompleks formasında tikilmişdir. Heykəlin ön hissəsində yerə mərmər daşlar döşənmiş , kənarları müasir üslubda işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuşdur. Prospektdə səkilərin kənarlarında olan köhnə bardürlar yeniləri ilə əvəz olunmuşdur. Həmin prospektdə əvvəllər səkiləri olmayan hissələrə də səkilər salınmışdır. Səkilərdə tamet daş örtüyü dəyişdirilərək yeniləri ilə əvəz olunmuş, prospekdə istinad divarları hörülmüş və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin giriş hissəsində abadlıq işləri aparılmış ,yaşıllıqlar salınaraq işıqlandırma sistemi quraşdırılmışdır.
Şəhərimizin girişində xalq qəhrəmanı Koroğlunun heykəli qoyulmuşdur. Həmçinin Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüsrəmovun büstünün ətrafında abadlıq işləri aparılmış və istinad divarları yenilənmiş, büstün postamenti mərmər lövhələrlə qurulmuşdur. Şəhərin mərkəzində yeni saat qulləsi inşa edilmiş və son tamamlama işləri aparılır.Rayon Mədəniyyət evinin və dörd mərtəbəli inzibati binanın fasadları dam örtükləri müasir formada tikilib, fasadların üzərinə yeni işıqlandırma sistemi quraşdırılmışdır. Ana xatirə abidə kompleksi də yenidən qurulmuş, yeni işıqlandırma sistemi quraşdırmışdır. H.Əliyev adına Mərkəzi Parkın şimal-qərb hissəsində ümumrayon tədbirlərinin keçirilməsi üçün 1000 nəfər tutuma malik açıq teatr səhnəsi tikilir.
Şəhərin M.Ə.Rəsulzadə, S.Vurğun, M.C.Paşayev küçələrində də köhnə bardürlar dəyişdirilərək yeniləri ilə əvəz olunmuş, səkilərə tamet daş döşənmişdir. Həmin küçələrə yeni asfalt örtüyü salınmışdır. Akademik Z.Əliyeva küçəsində yol genişləndirilərək istinad divarları tikilmiş, yenidən bərpa işləri aparılmışdır. Həmin küçəyə asfalt örtüyü salınmış və işıqlandırma sistemi quraşdırılmışdır.
Şəhərin girişinə yolun sağ və sol hissəsinə 3 cərgədən ibarət Eldar şamı əkilərək metal tor ilə mühafizə olunmuşdur. Şəhərin girişində avtomobil yolunun bir tərəfində sel sularının keçidi üçün dəmir-beton keçidlər quraşdırılmışdır.
Aşıq musiqi məktəbinin həyətinə dekorativ ağac və bitkilər əkilib, yaşıllıq örtüyü salınmışdır. Məktəbin həyətinə Aşıq Ələsgərin heykəli qoyulmuşdur.Yerə tamet lövhələr döşənmişdir. Aşıq musiqi məktəbinə və Gədəbəy Məhkəməsinin binasına gedən yol genişləndirilmiş və yola yeni asfalt örtüyü salınmışdır.
Yeni avtovağzala gedən yol genişləndirilmiş və istinad divarı hörülmüşdür. Həmin yola asfalt örtüyü salınmışdır. Şəhərin ərazisində 2 elektrik tronsfarmator binası tikilib istifadəyə verilmişdir. Mərkəzi parkda uşaqların əyləncəsi üçün yeni attraksionlar, yellənçəklər quraşdırılmış və böyük heyvan fiqurları qoyulmuşdur.Parkda yeni tir atıcılıq binasının tikintisi başa çatmış və yaxın vaxt ərzində istifadəyə veriləcəkdir.
Hesabat ili ərzində rayonda yeni 3 mərtəbəli Uşaq Yaradıcılıq Mərkəzi tikilmişdir.Yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Şəhərdə 1 və 12 saylı uşaq bağçası-körpələr evi fəaliyyət göstərir. 1 saylı körpələr evi uşaq bağçası əsaslı təmir olunmuş və yeni iventarlarla təmin olunmuşdur. 12 saylı uşaq bağçası körpələr evinin qapı və pəncərələri dəyişdirilmişdir. Şəhərdə 2 tam orta məktəb, 2 ümumi orta məktəb fəaliyyət göstərir.
Şəhər nümayəndəliyi üzrə əhalinin sayı 10413 nəfərdir.
Şəhər nümayəndəliyi üzrə iribuynuzlu mal qaranın sayı 1280 baş ,qoyun və keçilərin sayı isə 6527 baş olmuşdur.
Şəhər nümayəndəliyinə 2013-cü ildə 640 şifahi müraciətlər daxil olmuşdur. Həmin müraciətlərə Yerli İcra hakimiyyəti haqqında əsəsnaməyə uyğun olaraq araşdırılmış və böyük hissəsi öz həllini tapmışdırş. Nümayəndəlik tək qəbul günləri yox daim vətəndaşları dinləyir onların tələblərinin ödənilməsi üçün aidiyyəti təşkilatlarla əlaqə saxlayıb vətəndaşların müaricətlərini yerində həll etməyə çalışırlar.
Azərbaycanın bütün regionlarında olduğu kimi , Gədəbəy rayonunda da sosial- iqtisadi sahədə böyük irəlləyişlər vardır. RİH Başçısı cənab R.Yediyarovun köməyi ilə şəhərimizdə 2-ci Milli Su Təhcizatı və kanalizasiya xətlərinin layihəsi hazırlanıb başa çatdırılmışdır. Su Təhcizatı və kanalizasiya sistemlərinin qurulması üçün su anbarlarının yeri müəyyən edilmişdir. Bu layihədə görüləcək işlərə 2014-cü ilin aprel- may aylarında başlanması nəzərdə tutulur. Bununla da gələcəkdə şəhər əhalisinin suya olan təlabatı tam ödəniləcəkdir.
RİH Başçısı cənab R.Yediyarovun dəsdəyi ilə Qurban Bayramı münasibəti ilə qurbanlar kəsilib və şəhər sakinlərinə paylanmışdır. Sizləri əmin etmək istəyirəm ki, şəhərimizin inkişafına yönəlmiş bütün tapşırıqları şəhər ictimaiyyəti ilə birlikdə bundan sonra da müvəfəqiyyətlə layiqincə yerinə yetirəcəyik.