Şriftin ölçüsü :

Saytın rəngi :

Nazirlər Kabineti yanında operativ qərargah: ictimai iaşə müəssisələrinin yeni iş rejimi ilə bağlı yeni qərar qəbul etdi

22 mart 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  görülən tədbirlər davam etdirilir.

Növbəti addım kimi Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır.

Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

Keçidlər