Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları 1 aylıq vəzifə maaşlarını KMDF-na ianə etdilər
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları da Azərbaycan Respublikasınin Prezidenti Cənab İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı çağırışına dəstək veriblər.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və icra hakimiyyətlərinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişlər
Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.