Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə vaxtaşırı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

24 mart 2020 | 16:00

Gədəbəy rayonunda koronavirus infeksiyasının yarada biləcəyi  təhlükənin qarşısını almaq məqsədilə vaxtaşırı təxirəsalınmaz tədbirlər həyata keçirilir.  Bütün müəssisələrdə tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları rayon ərazisində dezinfeksiya işlərini uğurla davam etdirirlər.
Əməkdaşlar bu dəfə dezinfeksiya  tədbirlərini şəhərin mərkəzində əhalinin sıx  toplaşdığı yerlərdə, avtomobil dayanacaqlarında və ətraf ərazilərdə həyata keçiriblər.
Dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.

Keçidlər