Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının məsul işçiləri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyiblər

28 fevral 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 28-də Gədəbəy rayonunda vətəndaşları qəbul ediblər.

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib. Bəzi müraciətlər yerində həll edilib. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər