Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

26 fevral 2020 | 16:00

Fevralın 26-da Gədəbəy rayonunda XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub.
Öncə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Anım tədbirində minlərlə insan tərəfindən vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edilmişdir.
Daha sonra tədbir Rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişidir.
Tədbirdə çıxış edən RİH başçısı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat verib. Erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda törədilən faciə nəticəsində sakinlərin qətlə yetirilməsi, yaralanması və əsir götürülməsindən bəhs edib. Qeyd edib ki, bu soyqırımı hadisəsinə siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında ermənistanın baş naziri Paşniyanla debatda  qazandığı siyasi,ideoloji, eyni zamanda, tarixi və müasir faktlara əsaslanan qələbə Böyük qələbənin əsasını qoyub. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına görə tarixi düşmənlərimiz mütləq cavab verəcəklər.
Tədbirdə Gədəbəy şəhər 1 saylı tam orta məktəbinin şagird kollektivinin hazırladığı “Xocalıya Ədalət” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunmuşdur.
Tədbir çərçivəsində, həmçinin şagirdlərin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

 

Keçidlər