Vətəndaşlar fərdi şəkildə qəbul edilib
20 fevral 2020 | 16:00
Bu gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşların fərdi şəkildə qəbulunu keçirib.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.Vətəndaşlar tərəfindən edilmiş müraciətlər əsasən maddi yardım, iş və torpaq məsələlərinə dair olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.