Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Kiçik Qaramurad kəndində keçirilmişdir

19 fevral 2020 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Kiçik Qaramurad kəndində keçirilmişdir. Qəbulda idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq,  belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənddə tibb məntəqəsinin əsaslı təmir olunması, kənddə istismar müddətini başa vurmuş elektrik dayaqlarının yenisi ilə əvəz olunması və şəxsi məsələlərə dair müraciətlər etmişlər.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir neçə müraciətlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir.

 

 

Keçidlər