Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Qaradağ kəndində keçirilmişdir
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Qaradağ kəndində kecirilmişdir. Görüşdə hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Gədəbəy rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrinin həyata keçirilməsindən, əhalinin məşğulluğun yüksək səviyyədə təmin olunması məqsədi ilə yaradılmış yeni iş yerlərindən, abadlıq, quruculuq, yenidənqurma işlərindən geniş söz açmışdır.
Sonra qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, həmçinin onları narahat edən mövcud problemlərlə bağlı müraciətlər etmişlər. Kənddə istismar müddətini başa vurmuş elektrik dayaqlarının yenisi ilə əvəz olunması, kənd tam orta məktəbinin yenidən tikilməsi, kəndə içməli su xəttinin çəkilməsi və digər şəxsi problemlər sakinlər tərəfindən səsləndirilmişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəzilərinin həlli ilə bağlı aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzilərinə qanunamüvafiq cavablar verilmiş, bəziləri isə yerində müsbət həll edilmişdir.