Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH başçısının növbəti səyyar qəbulu rayonun Zəhmətkənd kənd İƏD üzrə nümayəndəliyində keçirilmişdir

05 fevral 2020 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Zəhmətkənd kəndində kecirilmişdir.Görüşdə idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, kənd sakinlərini salamlayıb, Gədəbəy rayonunda görülən işlər, icra edilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib və eyni zamanda keçirilən görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verilmiş, bəzi tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Sonda çıxış edən kənd sakinləri ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, sosial-iqtisadi tərəqqiyə və regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər